"Qrabağ" məğlub oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri baş tutub. Olimpsport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparıb.

  

İsveçdə “Höteborq” klubunun qonağı olan təmsilçimiz ilk oyun öncəsi cütün favoriti sayılsa da, meydanı məğlub tərk edib. Meydan sahibləri 56-cı dəqiqədə vurduqları qolla minimal hesablı qələbə qazanıb.

 

Komandalar arasında cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.

 

 

 

Avropa Liqası

Pley-off, ilk oyun

18 avqust

 

“Höteborq” (İsveç) - “Qarabağ” - 1:0
Qol: Mads Albaek, 56
 

Höteborq. “Qamla Ullevi” stadionu

Baş hakim: Pavel Raçkovski
Baş hakimin köməkçiləri: Radoslav Sneyka, Mihal Obukoviç
Dördüncü hakim: Tomaş Kvyatkovski (hamısı Polşa)
Hakim-inspektor: Bosko Yovanetiiç (Serbiya)
UEFA nümayəndəsi: Trevor Lloyd Hyuz (Uels)