Sərbəst güləş üzrə Avropa çempionumuz Qarabağda yaralanıb
İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə güləşçilər də iştirak edir. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir.
OLİMPSPORT xəbər verir ki, döyüşlərin birində yaralanan Gəncə güləş məktəbinin yetirməsi hal-hazırda Bakıda yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır.