" "Qəbələ”nin güclü komanda olduğu faktdır"- Darko Milaniç
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ” öz meydanında Sloveniyanın "Maribor” komandasını qəbul edib. Oyun "qırmızı qaralar”ın 3-1 hesablı qələbəsiylə başa çatıb.
Olimpsport.az xəbər verir ki, "Maribor”un baş məşqçisi Darko Milaniç oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
Çətin oyun idi. Biz bəxtsizliklə üzləşdik. Hesab 1-0 olan bizim şanslarımız var idi. Şanslarımız var və ikinci oyunda yaxşı oyun sərgiləməyə çalışacağıq.
- Rahat futbol oynamağınıza "Qəbələ” imkan vermədi, yoxsa bura müdafiə futbolu oynamaq üçün gəlmişdiniz?
- Biz bura müdafiə olunmaq üçün gəlməmişdik. İlk hissədə oyundan öncə planlaşdırdıqlarımızı meydanda etməliydik. Rəqibin əks hücumlarda güclü olduğunu bilirdik. Təkrar edirəm, biz Bakıya müdafiə futbolu oynamağa gəlməmişdik.
- Bu gün meydanda sizin üçün gözlənilməz olan nə idi?
- Gözlənilməyən məqam yox idi. Buraxılan qollar cərimə meydançasından qayıdan toplardan gəldi. İkinci qol da elə oldu. Buraxdığımız üçüncü qolda qapıçımıza qarşı qayda pozuntusu var idi.
- Bu gün "Qəbələ”nin "Maribor”dan güclü olduğunu etiraf etmədiniz...
- Bəli, "Qəbələ” çox güclü rəqibdir və bu fikrimdən daşınmıram. Qarşımızda növbəti 90 dəqiqə var və bizim qrupa vəsiqə qazanaq şanslarımız qalır. "Qəbələ”nin güclü komanda olduğu faktdır. Bu gün hər şey "Qəbələ”nin tərəfində idi.