Sərbəst güləş millimiz Serbiyada Heydər Əliyevin abidəsini ziyarət edib
Bu gün Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığmamız Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
OLİMPSPORT xəbər verir ki, AGF-nin rəhbəri və millimizin üzvləri Serbiyanın paytaxtı Belqradın mərkəzi parkı “Taşmaydan”da yerləşən Azərbaycan Respublikasının mərhum prezidentinin heykəli önünə əklillər qoyaraq, xatirəsini yad ediblər.