Cəbrayıl Həsənov millimizə baş məşqçi gətirilir

Sərbəst güləş üzrə Olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Cəbrayıl Həsənovun gənclərdən ibarət milli komandamıza baş məşqçi təyin olunacağı xəbəri yayılıb.

OLİMPSPORT güləş aləminin etibarlı mənbələrinə istinadən xəbər verir ki, yaxın günlərdə təyinat rəsmi olaraq Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən ictimaiyyətə açıqlanacaq. 

Qeyd edək ki, Cəbrayıl Həsənov uzun müddət böyüklərdən ibarət millimizin kapitanı olub. Onun məşqçilik təcrübəsi bir o qədər olmasa da, liderlik xüsusiyiyələri və idmançı təcrübəsi onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyini deməyə əsas verir. 

Xatırladaq ki, Cəbrayıl Həsənov idmançı kimi xalçada olduğu kimi həm də bir insan kimi həyatda da etik davranış qaydalarına görə həmişə güləş aləminin sevimlisi olub. İnanırıq ki, gənc məşqçi gənc güləşçilərimizin yüksək nailiyyətlər əldə etməsində maksimum nəticə göstərəcəkdir.

Uğurlar Cəbrayıl müəllim!