Güləşçilərimiz uğurla davam edir
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir.
OLİMPSPORT xəbər verir ki, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdirilir.
İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb.
Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib.
Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb.
Abubakr Abakarov yerli güləşçini sıradan çıxarıb.
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) 5:0
1/4 final: İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) 10:0
1/2 final: İslam Bazarqanov
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) 13:2
1/4 final: Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) 13:6 (tuşe)
1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) 10:5
1/4 final: Abubakr Abakarov - Osman Gocen (Türkiyə)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)