Hacı Əliyev Tokio-2020-yə lisenziya qazandı!
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.
OLİMPSPORT xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Moldova təmsilçisi Maksim Sakultana qalib gəlib.
3 qat dünya və Avropa çempionunu həlledici görüşə vəsiqə qazanmaqla, eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Titullu idmançının finaldakı rəqibi ermənistanlı Vazgen Tevanyan olacaq.
57 kq-dakı İslam Bazarqanov isə yarımfinalda Georgi Valentinov Vangelova uduzaraq, həm qızıl medal, həm də lisenziya şansını əldən verib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın 15 idmançısı olimpiadaya vəsiqə qazanıb.