Güləşçimiz erməniyə rəqib oldu

Polşanın paytaxtı Varşavada start götürəcək Avropa çempionatı üçün sərbəst güləş yarışlarının püşkü atılıb.

Olimpsportun məlumatına görə, Azərbaycan pəhləvanlarından Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyana rəqib olub.

Püşkün nəticələri:


57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)

61 kq
1/8 final: Əhmədnəbi Qvarzatilov – Viktor Lizen (Almaniya)

65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)

70 kq
1|8 final: Turan Bayramov – Nikolae Kojokaru (Böyük Britaniya)

74 kq
1/16 final: Əşrəf Aşırov – Fazlı Eryılmaz (Türkiyə)

79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)

86 kq
1/8 final: Hacımurad Məhəmmədsəidov – Artur Nayfonov (Rusiya)

92 kq
1/8 final: Osman Nurməhəmmədov – Robin Ferdinand (Almaniya)

97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)

Qeyd edək ki, aprelin 19-da 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.