Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır
Bu gün Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.
Qitə birinciliyində ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulacaq.
İlk yarış günündə Azərbaycanın 5 təmsilçisi xalça üzərinə çıxacaq. Digər çəkidə güləşənlər isə növbəti gün yarışa başlayacaq.
65 kq çəki dərəcəsində Əli Rəhimzadə ilk görüşündə Ermənistan təmsilçisi Gevorq Tadevosyanla üz-üzə gələcək.
Güləşçilərdən birinin ilk görüşü 1/16 finala, dördününkü isə 1/8 finala təsadüf edəcək.
57 kq
1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan)
65 kq
1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan)
70 kq
1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya)
79 kq
1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa)
97 kq
1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya)
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına aprelin 25-də yekun vurulacaq.