Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında mübarizəyə başlayıb.

Olimpsport-un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala vəsiqə qazanıb.