Avropa çempionatı: Daha bir güləşçimiz medal görüşünə çıxacaq
Azərbaycanın daha bir sərbəst güləşçisi Şamil Zubairov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
OLİMPSPORT-un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada Radu Lefterlə (Moldova) üz-üzə gəlib.
14:9 hesabı ilə qələbə qazanan Zubairov medal uğrunda Elizbar Odikadzeyə (Gürcüstan) rəqib olub.
Bu gün Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusifli (79 kq) bürünc medal, Turan Bayramov (70 kq) final qarşılaşmasına çıxacaq.
Daha 4 sərbəst güləşçi də bu gün yarışa qoşulur. Yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.