Güləşçimiz üçün medal şansı

Azərbaycanın daha bir sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

 

61 kq çəki dərəcəsində çıxış edən Əhmədnəbi Qvarzatilov təsəlliverici qarşılaşmada Vladimir Yeqorovla (Makedoniya) üz-üzə gəlib.

 

6:2 hesablı qələbə qazanan idmançı 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə qüvvəsini sınayacaq.

 

86 kq-da Hacımurad Məhəmmədsəidov isə Nazim Aminlə (San-Marino) təsəlliverici görüşə çıxmadığı üçün texniki məğlubiyyət alıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanın digər sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) da bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Andril Vlasov (Ukrayna) olacaq.

 

Daha əvvəl sərbəst güləşçilərdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medal qazanıb.