Avropa çempionatı: Daha bir güləşçimiz bürünc medal qazandı
Azərbaycanın iki sərbəst güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.
61 kq-da Əhmədnəbi Qvarzatilov 3-cü yer uğrunda gürcüstanlı Beka Lomtadze ilə üz-üzə gəlib. 7:9 hesabı ilə uduzan idmançı medal şansını əldən verib.
92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov isə Andril Vlasovla (Ukrayna) qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov bürünc medal qazanıb.