Avropa çempionatı: Bu gün Mariya Stadnik final görüşünə çıxacaq
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 qadın güləşçisi mübarizəyə başlayacaq.
İrina Netrebanın (65 kq) ilk görüşü 1/8 finalda belaruslu Tatyana Pavlovaya qarşı olacaq.
Tatyana Varansova (53 kq) isə 1/4 finalda rusiyalı Olqa Xoroşavtsova ilə üz-üzə gələcək.
Avropa çempionatı
22 aprel
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya)
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus)
Eyni zamanda, 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.
50 kq
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan)
76 kq
Bürünc medal uğrunda görüş: Səbirə Əliyava - Vanessa Veskan (Fransa)
Qeyd edək ki, təsnifat mərhələsinə Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.