Avropa çempionatı: Daha bir qadın güləşçimiz yarımfinala yüksəldi

Azərbaycanın daha bir qadın güləşçisi Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinala yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən İrina Netreba 1/8 finalda Tatyana Pavlovaya (Belarus), növbəti raundda isə Sofiya Georgiyevaya (Bolqarıstan) qalib gəlib.

Tatyana Varansova (53 kq) isə 1/4 final mərhələsində Olqa Xoroşavtsovaya (Rusiya) uduzub.

Bu gün həmçinin 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) bolqarıstanlı Miqlena Selişka ilə final, Səbirə Əliyeva (76 kq) fransalı Vanessa Veskanla bürünc medal görüşünə çıxacaq.

Qeyd edək ki, yarımfinal görüşlərinə saat 18:45-də, final mücadilələrinə isə saat 20:00-da start veriləcək.