Avropa çempionatı: Daha 2 qadın güləşçimiz üçün "bürünc" şansı
Azərbaycanın qadın güləşçisi İrina Netreba Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
65 kq-da mübarizə aparan idmançı ukraynalı Tatyana Rijko ilə qarşılaşıb.
Rəqibinə 1:11 hesabı ilə uduzan Netreba finala çıxmaq şansını əldən verib. O, sabah bürünc medal uğrunda güləşəcək.
53 kq-da Tatyana Varansova da Avropa çempionatında "bürünc" qazana bilər. Onun 1/4 finalda uduzduğu Rusiya təmsilçisi Olqa Xoroşavtsova finala vəsiqə qazandığından, Varansova 3-cü yer uğunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.