Avropa çempionatı: Bu gün son iki güləşçimiz medal görüşünə çıxacaq
Polşanın paytaxtı Varşavadakı güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Sonuncu yarış günündə Azərbaycanın iki yunan-Roma güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq.
Namaz Rüstəmov (67 kq) ilk görüşdə Serbiya təmsilçisi ilə bacarmasa da, rəqibi finaladək irəlilədiyi üçün təsəlliverici görüşə çıxacaq.
Zamir Məhəmmədov (97 kq) üçün də debüt uğursuz alınıb. O, macarıstanlı pəhləvana məğlub olub. Rəqibi finala yüksəldiyi üçün Məhəmmədov bürünc medal qarşılaşmasında iştirak edəcək.
Qeyd edək ki, digər yunan-Roma güləşçilərindən Murad Bazarov (60 kq) və Tuncay Vəzirzadə (82 kq) 1/4 finalda, Xasay Həsənli (72 kq) isə 1/8 finalda uduzaraq, çıxışlarını başa vurub. Taleh Məmmədov (63 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) bürünc medal qazanıb.
Avropa çempionatı
25 aprel
Yunan-Roma güləşi
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus) 1:3
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloyev (İtaliya)
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova) 5:3
1/8 final: Xasay Həsənli - Aleksandr Maksimoviç (Serbiya) 2:3
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 6:3
1/4 final: Tuncay Vəzirzadə - Alvenqo Rikadze (Gürcüstan) 2:5
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Nikalay Stadub (Belarus).