Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib
Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.
Yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə millimiz bu gün Bolqarıstana yollanıb. Sonuncu lisenziya turnirində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) çıxış edəcək. Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, güləşin bu növündə 65, 74 və 97 kq-da Olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya Təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlib.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turnirində olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.