Lisenziyanın bir addımlığında güləşçimiz üçün təhlükəli rəqib
Təxminən 90 dəqiqədən sonra Bolqarıstanın paytaxtı Sofiyada Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli sərbəst güləşçilərin iştirak etdiyi yarışda yarımfinal görüşləri start götürəcək.
Xəbər verdiyimiz kimi, iki güləşçimiz Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) xalçaya çıxacaq. Abakarovla müqayisədə Edişeraşvilinin monqolustanlı rəqibi çox təhlükəlidir.
Belə ki, O, əsasən rəqibin ayaqlarına hücum edərək taktika qurur və bunu mükəmməl icra edir. Eyni zamanda təəssüf ki, onun yarımfinaldakı rəqibi, idmançımız Edişeraşvili müdafiə planında ayaqlarını istənilən səviyyədə qoruya bilmir. Bunu Georginin 1/8 finalda pakistanlı rəqibi Məhəmməd Bilalla görüşdə də şahidi olduq. Pakistan güləşçisi bir neçə dəfə görüş zamanı güləşçimizin ayaqlarına rahat şəkildə hücum etməyi bacardı.
Məşqçilərimiz yəqin ki, idmançımızı bu haqda marifləndirib. Çox diqqətli olmaq lazımdır. Hər iki idmançımıza uğurlar arzulayıram.