Tokio-2020: Beş qadın güləşçimiz lisenziya qazana bilər
Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçiləri mübarizəyə qoşulacaq.
Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayacaq.
Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova 1/8 final mərhələsində, Gözəl Zutova (76 kq) isə təsnifatda yarışa başlayacaq.
Dünya Təsnifat Turniri
7 may
53 kq
1/8 final: Türkan Nəsirova - Luisa Melendres (Ekvador)
57 kq
1/8 final: Alyona Kolesnik - Nuraida Anarkulova (Qırğızıstan)
62 kq
1/8 final: Tatyana Omelçenko - Luisa Niemeş (Almaniya) / Cessika Bruilette (Kanada)
68 kq
1/8 final: Elis Manolova - Aqoro Papavasileu (Yunanıstan)
76 kq
Təsnifat: Gözəl Zutova - Katalina Axente (Rumıniya)
Xatırladaq ki, güləşin bu növündə yeganə lisenziyanı 2019-cu ildə Nur-Sultanda keçirilən dünya çempionatında qızıl medal qazanan Mariya Stadnik (50 kq) əldə edib.
Bu gün həmçinin sərbəst güləşçilərdən Georgi Edişeraşvili (57 kq) və Abubakr Abakarov (86 kq) bürünc medal uğrunda görüşə çıxacaq.
Sərbəst güləş
57 kq
Bürünc medal görüşü: Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna) / Givi Davidovi (İtaliya)
86 kq
Bürünc medal görüşü: Abubakr Abakarov
Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçi lisenziya qazana bilməyib. Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.