Təsnifat turniri: 5 yunan-Roma güləşçimiz üçün lisenziya şansı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində bu gün yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq.

Güləşin bu növündə Azərbaycanın 5 təmsilçisi qüvvəsini sınayacaq.

Murad Məmmədov (60 kq), Rəsul Çunayev (67 kq) və Rafiq Hüseynov (77 kq) təsnifat, Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) 1/8 final mərhələsində yarışa başlayacaq.

Bu gün həmçinin qadın güləşçilərdən Elis Manolova (68 kq) final görüşünə çıxacaq. Onun rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.

Yunan-Roma güləşi

60 kq
Təsnifat: Murad Məmmədov - Stiq Andre Berqe (Norveç)

67 kq
Təsnifat: Rəsul Çunayev - Donior İslamov (Moldova)

77 kq
Təsnifat: Rafiq Hüseynov - Hyenvu Kim (Koreya)

97 kq
1/8 final: Murad Lokyayev - Nikolos Kakelaşvili (İtaliya)

130 kq
1/8 final: Beka Kandelaki - Oskar Marvik (Norveç)

Qadın güləşi

68 kq

Final: Elis Manolova - Mimi Xristova (Bolqarıstan)

Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Medal görüşləri saat 18:00-da, lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Elis Manolova finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qadın güləşində daha bir vəsiqəni 2019-cu il dünya çempionatında Mariya Stadnik (50 kq) əldə edib.

Yunan-Roma güləşində hələlik yeganə lisenziyaya İslam Abbasov (87 kq) martda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Təsnifat turnirində sahib olub.

Azərbaycan sərbəst güləşçiləri isə olimpiadaya 3 vəsiqə qazanıblar. Həmin lisenziyalara Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) yiyələnib.