Azərbaycan və Türkiyə millilərinin birgə təlim-məşq toplanışı faydalı keçib
Xəbər verdiyimiz kimi, Azərbaycan və Türkiyənin sərbəst güləş üzrə gənclərdən ibarət milliləri birgə təlim-məşq toplanışı keçib.
Mayın 10-da start götürən birgə hazırlıq prosesi 2 həftə davam edib. Bakıda keçirilən TMT zamanı həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə çalışmalar həyata keçirilib. Olimpiya Güləş Mərkəzində baş tutan birgə toplanış hər iki komanda üçün faydalı alınıb.
İyunun son günlərində Almaniyanın Dortmund şəhərində keçiriləcək gənclərin Avropa çempionatına hazırlıq xarakteri daşıyan TMT ilə bağlı qonaq çalışdırıcısı Ruşen Çetin və yığmamızın böyük məşqçisi Cəbrayıl Həsənov Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib: