İki güləşçimiz AÇ-nin finalında
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Güləşçilərimizdən Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) finala yüksəlib.
Emin Cavadlı (41 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
Nurlan İbadzadə (44 kq), Tural Əhmədov (52 kq), Həmzə Rəsulzadə (57 kq) və Orxan Hacıyev (75 kq) təsəlliverici görüşlərə çıxacaqlar.
Təsəlliverici görüşlər və finallar sabah keçiriləcək.