Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb
Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri çoxnövçülük proqramında bürünc medala layiq görülüb