Tovuz Gənclər Evi "Vətən müharibəsi" və beynəlxalq yarışların qalibini təltif edib

  Bölmə: Tovuz Gənclər Evi | 497 | 15:41 15-06-2021
Tovuz Gənclər Evi "Vətən müharibəsi" və beynəlxalq yarışların qalibini təltif edib

15 İyun Milli Qurtuluş Günü münasibətilə Tovuz Gənclər Evi "Vətən müharibəsi" iştirakçısı, beynəlxalq idman yarışlarının qalibi Emin İsmayılovu qonaq edib.

Tovuz Gənclər Evinin könüllüsü İsmayılov Emin Rasim oğlu 25 fevral 1994-cü ildə Tovuz rayonu Qovlar şəhərində doğulub, boya başa çatmışdır. Emin 12 yaşından idmanla məşğuldur və 15 ildir hələ də nəaliyyətləri ilə ölkəmizi təmsil edir. İlk dəfə idmanın jiu jitsu idman növü ilə daha sonra boksla məşğul olaraq hər iki idman növü üzrə Bakı çempionatında 1-ci yerə layiq görülmüşdür. Bu yaxınlarda isə Gürcüstanda keçirilən WJF-X dünya çempionatında MMA döyüş növü üzrə 77 kg çəki dərəcəsində 1-ci yeri tutmuşdur.


Qeyd edək ki, qəhrəmanımız 2-ci Qarabağ müharibəsi başlayan kimi öz könüllülük keyfiyyətlərini bir daha göstərərək döyüşlərə könüllü qatılaraq Füzuli, Xocavənd, Şuşa istiqamətində döyüşmüşdür. “Vətən uğrunda”, “Şuşa”, “Füzuli” ordeni ilə təltif olunmuşdur.


Gənc qəhrəmanımızın göstərdiyi xidmətləri Tovuz Gənclər Evinin də həmişə olduğu kimi diqqətindən qaçmamışdır.
Bu münasibətlə 15 iyun Milli Qurtuluş günündə Tovuz Gənclər Evi Emin İsmayılovu fəxri fərmanla təltif etmişdir. Fəxri fərmanı xalqımızın qəhrəman oğluna gənclər evinin direktoru Rauf Rüstəmov təqdim etmişdir.


Digər xəbərlər