İslam Dünyası gənc klassik musiqi ifaçılarının 10-cu müsabiqəsinin finalı keçirilib

  Bölmə: Digər növlər | 1167 | 16:34 15-06-2021
İslam Dünyası gənc klassik musiqi ifaçılarının 10-cu müsabiqəsinin finalı keçirilib

İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşa dək) 10-cu müsabiqəsinin finalı onlayn formatda keçirilib.


Bu il Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan, Tatarstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tacikistandan olan ifaçılar yarışmaya qatılmışdı. Müsabiqədə hər ölkəni 2 gənc istedad və 1 mütəxəssis təmsil edirdi (o həmçinin beynəlxalq münsiflər heyətinin üzvü idi). İştirakçılar onlayn dinləmələr zamanı və son mərhələdə yüksək ifacılıq qabiliyyəti göstərdilər. Sonda bütün gənclər 3 fərqli nominasiyada (simli, fortepiano və nəfəs alətləri) 18 yer üzrə xüsusi diplom, qalan iştirakçılar isə sertifikatlarla təltif olundular.


2012-ci ildən başlayaraq, müsabiqə “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ISESCO və Bakı Musiqi Akademiyasının dəstəyi ilə həyata keçirilir.


Artıq 2 ildir ki müsabiqə onlayn formatda həyata keçirilir, lakin buna baxmayaraq, İslam dünyası ölkələrinin bu müsabiqəyə marağı ilbəil artır. Bu il Təşkilat Komitəsinə 200-dən artıq iştirakçı ərizəsi daxil olub və onlardan hər 2 yaş qrupu üzrə keçirilən onlayn dinləmələrin nəticələrinə əsasən, 37 nəfər mayın 14-də final mərhələsinə vəsiqə qazanıblar.

ISESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Musiqi Akademiyasının iştirakı ilə "Kainat" Gənclik Mərkəzi tərəfindən keçirilmiş İslam Dünyası gənc klassik musiqi ifaçılarının
(20 yaşa dək) 10-cu müsabiqəsi (onlayn) qaliblərinin siyahısı


Böyük qrup (16 -20 yaş)

Piano
1 yer – MƏMMƏDOVA MƏRYAM (Azərbaycan)
2 yer – ABDULLAYEVA RASİMƏ (Azərbaycan)
3 yer – NÜŞABƏ HACIYEVA (Azərbaycan)
3 yer – XASANŞİNA AYŞƏ ( Rusiya Federasiyası)

SİMLİ
1 yer – BEYSULTAN ELDANA (Qazaxıstan)
2 yer – KENESBEK DARİYA (Qazaxıstan)
3 yer – RAHİMOVA LATİFA (Türkmənistan)


Kiçik qrup (15 yaşa qədər)

PİANO
1 yer – ASİLBEK AVAZOV (Özbəkistan)
2 yer – MALİKOVA MUATTAR (Tacikistan)
3 yer – MATOSİMOVA SAMİRA (Özbəkistan)

SİMLİ
1 yer – MAMASOLİYEV ABDULAZİZ (Özbəkistan)
2 yer – GERÇEK DURU (Türkiyə)
3 yer – BİLGETECAN MUHAMMED HAKAN (Türkiyə)

NƏFƏS ALƏTLƏRİ

Böyük QRUP

1 yer – BİKBAYEV ROBERT (Rusiya Federasiyası)
2 yer – DADAXANOV VALENTİN (Rusiya Federasiyası)
3 yer – SİNYAKOVA SOFYA (Rusiya Federasiyası)
3 yer – ƏHMƏDYAROVA AXTOTI (Qazaxıstan)

Qran Pri

DADAŞOVA ELMİRA (VİOLİN, Azərbaycan)


Digər xəbərlər