ərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında “Tələbə baharı” XV ümumrespublika tələbə yaradıcılıq festivalının mükafatlandırma mərasimi keçirilib

  Bölmə: Digər növlər | 1001 | 23:18 23-06-2021
ərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında “Tələbə baharı” XV ümumrespublika tələbə yaradıcılıq festivalının mükafatlandırma mərasimi keçirilib

23 iyun 2021-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında “Tələbə baharı” XV ümumrespublika tələbə yaradıcılıq festivalının mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkilləri Müşviq Cəfərov və Vüqar İsgəndərov, Azərbaycan Tələbə Gənclər ittifaqının sədri Pərviz Mirələmli iştirak ediblər.

Festival Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 2007-cı ildən etibarən, hər il ali təhsil müəssisələrinin tələbələri arasında keçirilir. 2011-ci ildən isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil edilir.

Bu il festivalın əsas məqsədi 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezindentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamını rəhbər tutaraq Nizami Gəncəvi yaradıcılığını gənc nəsil arasında daha dərindən təbliğ etmək, eyni zamanda istedadlı gəncləri üzə çıxararaq onlara dövlət dəstəyi vermək idi.

Seçimlərdə 15 ali təhsil müəssisəsindən 100 nəfər gənc iştirak edib. İstedadlı gənclərin seçilməsi respublikanın tanınmış incəsənət xadimlərindən təşkil edilmiş Münsiflər Heyəti tərəfindən həyata keçirilib.

Qeyd edək ki, festivalın seçim turları və çəkiliş prosesi karantin dövrünün tələblərinə ciddi riayət edilmək şərti ilə təşkil edilib və festivalın seçimləri respublikanın tanınmış incəsənət xadimləri tərəfindən aparılıb.

“Tələbə baharı” festivalı indiyədək bir sıra istedadlı gənclərin üzə çixarılmasında vacib rol oynayıb.


Digər xəbərlər