Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

  Bölmə: Güləş | 1052 | 21:47 27-06-2021
Avropa çempionatında sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşib

Sabah Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı start götürəcək.

İlk 3 yarış günündə sərbəst güləşçilər nəyə qadir olduqlarını nümayiş etdirəcəklər. Bu gün güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.

57 kq
1/8 final: Murad Haqverdiyev – Ahmet Karavuş (Türkiyə)

61 kq
1/8 final: Kənan Heybətov – Nikita Zubal (Ukrayna)

65 kq
Təsnifat: Sabir Cəfərov – Tomas Şoerqo (Slovakiya)

70 kq
1/8 final: Turan Bayramov – Nikita Demçanka (Belarus) / Simon Monz (Almaniya)

74 kq
Təsnifat: Cəbrayıl Hacıyev – Mixail Ursu (Moldova)

79 kq
1/8 final: Səbuhi Əmiraslanov – Rasul Asluyev (Rusiya)

86 kq
Təsnifat: Fuad Mayılov – Coşua Morodion (Almaniya)

92 kq
1/8 final: Abdulcəlil Şabanov – İslam Kilçukov (Rusiya)

97 kq
1/8 final: Zəfər Əliyev – Luka Xutçua (Gürcüstan)

125 kq
1/4 final: Aydın Əhmədov (125 kq) – Şaba Ubornyak (Macarıstan)

Yarışın proqramına əsasən, sabah 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İkinci yarış günündə isə 61, 74, 86, 92 və 125 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.


Digər xəbərlər