AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı

  Bölmə: Avro-2020 | 306 | 15:00 28-06-2021
AVRO-2020: İspaniya Xorvatiyaya, Fransa İsveçrəyə qarşı

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Qarşılaşmalar Danimarka və Rumıniyada olacaq.

Günün ilk matçı Xorvatiya və İspaniya yığmaları arasında oynanılacaq. Kopenhagendəki "Parken" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Günün son matçında isə Fransa və İsveçrə milli komandaları üz-üzə gələcəklər. Buxarestdəki "Milli Arena"da gerçəkləşəcək görüşün baş hakimi argentinalı Fernando Rapallini olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Fransa - İsveçrə və Xorvatiya - İspaniya oyunlarının qalibi 1/4 finalda rəqib olacaqlar.

28 iyun

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. Xorvatiya - İspaniya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Kopenhagen, "Parken" stadionu

23:00. Fransa - İsveçrə

Baş hakim: Fernando Rapallini (Argentina)

Buxarest, "Milli Arena" stadionu


Digər xəbərlər