Güləşçimiz Avropa çempionu oldu

  Bölmə: Güləş | 858 | 00:54 30-06-2021
Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

70 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.


Digər xəbərlər