AVRO-2020: İspaniya yarımfinala yüksəldi

  Bölmə: Avro-2020 | 240 | 23:31 02-07-2021
AVRO-2020: İspaniya yarımfinala yüksəldi

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.

Günün ilk oyunu İspaniya və İsveçrə komandaları arasında baş tutub.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.

3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub. 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.

Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1.

Komanda yarımfinalda Belçika - İtaliya cütünün qalibi ilə görüşəcək. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.


Digər xəbərlər