Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2 medal qazandı

  Bölmə: Cüdo | 460 | 10:54 04-07-2021
Azərbaycanın gənc cüdoçuları Avropa kubokunda 2 medal qazandı

Portuqaliyanın Koimbra şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Beynəlxalq turnirin ilk günü cüdoçularımız 2 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bütün görüşləri qalib başa vuraraq, qızıl medala sahib olub. Daha bir təmsilçimiz Nəriman Mirzəyev (66 kq) isə bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Koimbra turnirinin ilk günündə aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

Qeyd edək ki, Avropa kubokunda 24 ölkədən 306 cüdoçu yarışır.


Digər xəbərlər