AÇ-nin son günündə 1 qızıl, 2 bürünc medal qazandıq

  Bölmə: Güləş | 546 | 20:24 04-07-2021
AÇ-nin son günündə 1 qızıl, 2 bürünc medal qazandıq

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona yaxınlaşır.

Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli ilk görüşdə erməni rəqibinə gücünü göstərib. Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən məğlub ayrılan Nihat iyulun 4-də bürünc medal uğrunda görüşə çıxıb və belaruslu rəqibinə qalib gəlib.
Həsrət Cəfərov 1/8 finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisiylə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən Həsrət finala vəsiqə qazanıb. Həmyerlimiz iyulun 4-də baş tutan həlledici görüşdə elə ilk hissədə Türkiyə idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.
Xasay Həsənli Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz 1/8 finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq Həsənli 1/4 finalda gürcü həmkarıyla bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Xasay iyulun 4-də təsəlliverici görüşə çıxıb Belarus təmsilçisinə heç bir şans tanımayıb. Güləşçimiz Xorvatiyadan olan rəqibini "tuşe" ilə üstələyərək bürünc medalı boynundan asıb.
Murad Əhmədiyev debütdə Gürcüstan güləşçisinə məğlub olub.


60 kq

1/8 final: Nihat Məmmədli - Davit Jotyan (Ermənistan) 3:1
1/4 final: Nihat Məmmədli - Numan Bayram (Almaniya) *1:1
1/2 final: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya) 3:5
Bürünc medal görüşü: Nihat Məmmədli - Qleb Makaranka (Belarus) 4:0

67 kq
1/8 final: Həsrət Cəfərov - Adam Pohileç (Macarıstan) 8:0
1/4 final: Həsrət Cəfərov - Nikolay Dzezov (Bolqarıstan) 11:3
1/2 final: Həsrət Cəfərov - Luka Oçiqava (Gürcüstan) 6:0
Final: Həsrət Cəfərov - Serhat Kırık (Türkiyə) 9:0

72 kq
Təsnifat: Xasay Həsənli - İvo Sviqler (Çexiya) 9:0
1/8 final: Xasay Həsənli - İqor Botez (Rumıniya) 4:1 (tuşe)
1/4 final: Xasay Həsənli - Giorgi Çixikvadze (Gürcüstan) 0:8
Təsəlliverici görüş: Xasay Həsənli - Andrey Kavalevski (Belarus) 10:0
Bürünc medal görüşü: Xasay Həsənli - Luka Malobabiç (Xorvatiya) 10:4 (tuşe)

82 kq
Təsnifat: Murad Əhmədiyev - Yaqo Qobadze (Gürcüstan) 0:9


Digər xəbərlər