"Neftçi" - "Dinamo" oyununun hakimləri açıqlandı

  Bölmə: Ölkə futbolu | 684 | 16:40 05-07-2021
"Neftçi" - "Dinamo" oyununun hakimləri açıqlandı

"Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Dinamo" (Tbilisi) ilə cavab oyununa hakim təyinatları açıqlanıb.

Görüşü Moldova Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dumitri Muntean olacaq. Yan xətt hakimləri kimi ona Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qabriel Tupiçika yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 7-də keçiriləcək "Dinamo" - "Neftçi" matçı Bakı vaxtı ilə 20:00-da başlayacaq. Komandalar arasında  iyulun 14-ü "Bakcell Arena"da keçiriləcək cavab görüşü 21:00-da start götürəcək.


Digər xəbərlər