Əsgərxan Novruzov 50 yaşında

  Bölmə: Güləş | 690 | 16:35 08-07-2021
Əsgərxan Novruzov 50 yaşında

Bu gün sərbəst güləş üzrə yeniyetmələrdən ibarət millimizin böyük məşqçisi Əsgərxan Novruzovun doğum günüdür.

Qətiyyətli və ədalətli məşqçi kimi seçilən təcrübəli mütəxəssis millidə çalışdığı dönəmdə bir çox uğurlara imza atıb. Ömürlərini güləşə həsr edən Novruzovlar ailəsi güləşsevərlər tərəfindən həmişə sevilib. 

OLİMPSPORT və güləş ailəsi adından Əsgərxan müəllimi doğum günü münasibətilə təbrik edir, ona həm şəxsi həyatında, həm də məşqçilik karyerasında can sağlığı və uğurlar arzulayırıq! 


Digər xəbərlər