Gənclərlə iş sahəsində müasir kommunikasiya vasitələrinin tətbiqi təkmilləşdirilir

  Bölmə: Digər növlər | 847 | 18:43 14-07-2021
Gənclərlə iş sahəsində müasir kommunikasiya vasitələrinin tətbiqi təkmilləşdirilir

Quba və İsmayıllı rayonlarında Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar Şamaxı, Qobustan, İsmayıllı, Ucar, Ağdaş, Ağsu, Zərdab, Kürdəmir və Göyçay rayonları, Sumqayıt və Abşeron şəhərlərinin Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilmişdir.

Təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlındıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif təminat proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, tədbirlərin sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilmişdir. Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilmiş, bilik və bacarıqlar təkmilləşdirilmişdir.

Təlimlər vasitəsilə zonlar üzrə bütün rayon və şəhərlərin Gənclər və İdman İdarələrinin və Gənclər Evlərinin əhatə edilməsi nəzərdə tutulub.


Digər xəbərlər