Tokio-2020 Olimpiya Oyunları başladı

  Bölmə: Olimpiya Növləri | 79 | 15:04 21-07-2021
Tokio-2020 Olimpiya Oyunları başladı

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı keçirilib.

Bu gün Bakı vaxtı ilə saat 9:00-da meydana qadınlardan ibarət softbol komandaları çıxıb. Oyunların ilk matçında Avstraliya ilə Yaponiya üz-üzə gəlib. Görüş Yaponiyanın 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün softbolçuların yarışında daha iki oyun keçiriləcək. Həmçinin futbol turnirində 6 matç olacaq.

Qeyd edək ki, olimpiadanın rəsmi açılış mərasimi iyulun 23-də keçiriləcək. Bəzi yarışlar isə açılışdan əvvəl başlayır.


Digər xəbərlər