"Tokio-2020": İki cüdoçumuz olimpiada ilə vidalaşdı

  Bölmə: Olimpiya Növləri | 534 | 11:24 24-07-2021
"Tokio-2020": İki cüdoçumuz olimpiada ilə vidalaşdı

İki cüdoçumuz olimpiada ilə vidalaşdı 

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları davam edir. OLİMPSPORT xəbər verir ki, onaltıdabir finaldan mübarizəyə qoşulmuş cüdoçumuz Kəramət Hüseynov (60 kq) Eşli Makkenzi (Böyük Britaniya) üzərində qələbə qazansa da, səkkizdəbir finalda gürcüstanlı Luxumi Çxvimianiyə məğlub olaraq mübarizəni dayandırıb.

Digər təmsilçimiz Aişə Qurbanlı (48 kq) isə startda Katarina Kostaya uduzub.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.


Digər xəbərlər