Qadın üzgüçümüz olimpiadanın yarımfinalında

  Bölmə: Olimpiya Növləri | 345 | 15:06 24-07-2021
Qadın üzgüçümüz olimpiadanın yarımfinalında

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadə-Xangah “Tokio-2020” Yay Olimpiya Oyunlarında yarışlara uğurla start verib. OLİMPSPORT xəbər verir ki, qadın üzgüçümüz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında mübarizə aparıb. Yarışa təsnifat mərhələsindən qoşulan idmançımız 1 dəqiqə 1,37 saniyəlik nəticə ilə qrupda birinci olub. Bu göstərici ilə üzgüçümüz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl kişi üzgüçülərin yarışında Maksim Şemberev 400 metr məsafəyə qarışıq üsulla üzmə yarışında 4 dəqiqə 19 saniyəlik nəticə ilə qrupda sonuncu olub.


Digər xəbərlər