Olimpiadanın ilk qızılını çinli qız qazandı

  Bölmə: Olimpiya Növləri | 582 | 15:49 24-07-2021
Olimpiadanın ilk qızılını çinli qız qazandı

Olimpiadanın ilk qızılını çinli qız qazandı

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk qızıl medalını Çin idmançısı qazanıb. Qadınlar arasında 10 metr məsafəyə tapançadan atəşaçma yarışlarında çinli Qian Yang 251,8 xalla bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub.

Beynəlxalq Olimpiya Komitəsinin komandasının üzvü, rusiyalı Anastasiya Qalaşina gümüş, İsveçrə atıcısı Nina Kristen isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Q.Yang bu nəticə ilə yeni Olimpiya rekordu müəyyənləşdirib.


Digər xəbərlər