Boksçumuz olimpiadada ilk görüşünü qələbə ilə başa vurub

  Bölmə: Olimpiya Növləri | 594 | 17:24 24-07-2021
Boksçumuz olimpiadada ilk görüşünü qələbə ilə başa vurub

Azərbaycanı Tokio Olimpiya Oyunlarında təmsil edən  boksçu Məhəmməd Abdullayev “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb. OLİMPSPORT xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Abdullayev turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. Boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.

Daha əvvəl boksçularımız Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nquyenə, Lorenso Sotomoyor (69 kq) isə gürcüstanlı Eskerxan Madievə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıblar.


Digər xəbərlər