Cüdoçularımız uğursuz çıxışları davam etdirir

Tokio-2020-də medal ümidlərimizdən sayılan cüdo millimiz uğursuz çıxışlarını davam etdirir.
Komandamız Yay Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb. Onlardan mübarizəyə qoşulan 6 nəfərdən heç biri medal qazana bilməyib. Bu idmançılardan 5 nəfəri - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev və Məmmədəli Mehdiyev ya 1/16, ya da ən yaxşı halda 1/8 finalda uduzublar. Yalnız Rüstəm Orucov bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Lakin Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq Tokio-2020-ni 5-ci yerdə başa vurub.
Beləliklə, bugünkü nəticəyə əsasən, cüdo millimizin çıxışına sıfır qiymət vermək olar.
Hazırda yarışda cəmi 3 cüdoçumuz qalıb. Hər üçü milliləşdirilmiş legioner olan bu idmançılarımızdan Zelim Kotsoyev (100 kq) mübarizəyə iyulun 29-da başlayacaq. O, 1/16 finalda Fransa idmançısı Aleksandr İddirlə qarşılaşacaq. İyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.
-
"Bu qələbə həm də 44 günlük vətən müharibəsi qələbəsinin idmandakı davamı idi"
...
-
Cüdo üzrə Avropa çempionatında Azərbaycan komandası 11-ci pillədədir
...
-
Cüdo ustamız Avropa çempionatında bürünc medal qazanıb
...
-
"Böyük dəbilqə": Nicat Şıxəlizadə bürünc medal qazanıb
...
-
"Böyük dəbilqə" turnirinin ilk günündə Azərbaycan 10-cu sırada yer alıb
...
-
Cüdoçumuz "Böyük dəbilqə" nin bürünc medalına layiq görülüb
...
-
"Yerli güləşçilərimizdən bir baş üstün olmayan legionerləri yola salmaq lazımdır" - R. Allahverdiyev
...
-
Cüdo millimiz "Böyük dəbilqə" turnirini bürünc medalla başa vurub
...
-
Koronavirusa görə cüdo yarışları da təxirə salındı
...
-
"Böyük dəbilqə" turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar
...