Cüdoçularımız uğursuz çıxışları davam etdirir

Tokio-2020-də medal ümidlərimizdən sayılan cüdo millimiz uğursuz çıxışlarını davam etdirir.
Komandamız Yay Olimpiya Oyunlarına 9 cüdoçu ilə qatılıb. Onlardan mübarizəyə qoşulan 6 nəfərdən heç biri medal qazana bilməyib. Bu idmançılardan 5 nəfəri - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev və Məmmədəli Mehdiyev ya 1/16, ya da ən yaxşı halda 1/8 finalda uduzublar. Yalnız Rüstəm Orucov bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Lakin Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq Tokio-2020-ni 5-ci yerdə başa vurub.
Beləliklə, bugünkü nəticəyə əsasən, cüdo millimizin çıxışına sıfır qiymət vermək olar.
Hazırda yarışda cəmi 3 cüdoçumuz qalıb. Hər üçü milliləşdirilmiş legioner olan bu idmançılarımızdan Zelim Kotsoyev (100 kq) mübarizəyə iyulun 29-da başlayacaq. O, 1/16 finalda Fransa idmançısı Aleksandr İddirlə qarşılaşacaq. İyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.
-
Cüdo millimiz dünya birinciliyində tarix yazdı
...
-
Azərbaycanın paracüdoçuları Daşkənd Qran-Prisinin birinci günündə 5 medal qazanıblar
...
-
Cüdo üzrə gənclər arasında Avropa çempionatı start götürüb
...
-
Cüdo yığmamız dünya çempionatında 5-ci yeri tutub
...
-
Cüdoçularımız dünya çempionatında üçüncü yer uğrunda Rusiya ilə yarışacaq
...
-
Azərbaycanlı cüdoçu erməni rəqibi üzərində ipponla qələbə qazanıb
...
-
Tokioda mübarizə aparacaq cüdoçularımız məlum olub
...
-
Korifey idmançımızın 50 illik yubileyi federasiyada qeyd olunub
...
-
Veteran cüdoçularımız Avropa çempionatında 7 medal qazanıblar
...
-
İspaniyada veteranlar arasında cüdo üzrə qitə çempionatına start verilib
...