Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub

  Bölmə: Olimpiya Növləri | 2059 | 13:25 30-07-2021
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub

İyulun 30-da Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında milli komandamıza ilk medalı qazandırıb.


78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız bürünc medal uğrunda görüşdə çinli Şiyan Ksu ilə qarşılaşıb. Rəqibini ipponla məğlub edən cüdoçumuz “Tokio-2020”də Azərbaycanın aktivinə ilk medalı yazdırıb.


Yarımfinala gedən yolda Larisa Tseriç (Bosniya və Herseqovina) və Mijin Hana (Koreya Respublikası) qalib gələn cüdoçumuz yarımfinalda yaponiyalı Akira Soneyə uduzub.


Digər xəbərlər