Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 707 | 14:22 01-08-2021
Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb

Bu gün Azərbaycan boksçusu Alfonso Dominqes (81 kq) Tokio-2020-də yarımfinal görüşünə çıxıb.

Milliləşdirilmiş idmançımız bu mərhələdə həmyerlisi olan kubalı Olimpiya çempionu Arlen Lopeslə üz-üzə gəlib. Təmsilçimiz ümumi nəticədə 0:5 hesabı ilə uduzub.

Beləliklə, Dominqes bürünc medalla kifayətlənib.


Digər xəbərlər