Arif Fərmanov: "Təxminən 1 ay əvvəl Elis Manolova koronavirusa yoluxmuşdur"

  Bölmə: Güləş | 1127 | 13:05 02-08-2021
Arif Fərmanov: "Təxminən 1 ay əvvəl Elis Manolova koronavirusa yoluxmuşdur"

Xəbər verdiyimiz kimi bu gün Tokio Yay Olimpiya Oyunlarında güləş yarışlarına start verilib. Xalçaya çıxan yunan-Roma pəhləvanımız Rafiq Hüseynovdan (77 kq) fərqli olaraq qadın güləşçimiz Elis Manolova (68 kq) ilk görüşündə nigeriyalı rəqibinə məğlub olub. Elisin rəqibinə tam üstünlüklə məğlub olması idman sevərlər üçün biraz gözlənilməz olub.

Elis Manolovanın çıxışı hamı kimi onun şəxsi məşqçisi Arif Fərmanovu da məyus edib. "Olimpsport.az" təcrübəli məşqçinin görüş haqda fikirlərini öyrənib: "Bəzən idmanda görünməyən problemlər bu cür görüşlərin nəticəsinə öz mənfi təsirini göstərir. Elis rəqibindən o qədər də zəif deyildi. Demirəm güclü də idi. Amma bu hesabla uduzmağa layiq deyildi. Bunun da səbəbləri var. Təxminən 1 ay əvvəl Elis Manolova koronavirusa yoluxmuşdur. Müalicə müddətində çoxlu antibiotik dərmanlar qəbul etmişdir. Ona görə də olimpiadaya tam ideal idman formasında yollanmamışdır. Buna baxmayaraq medal qazanmağı qarşımıza məqsəd qoymuşduq. Yenə də ümidlərimiz itməyib. Nigeriyalı idmançının finala yüksələcəyi təqdirdə Elis bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Fürsətdən istifadə edərək yarışı şərh edən idman Azərbaycan telekanalının əməkdaşlarından və digər media nümayəndələrindən xahiş edərdim ki, bu amili xüsusi vurğulasınlar"


Digər xəbərlər