Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

  Bölmə: Olimpiya Növləri | 996 | 15:32 04-08-2021
Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb.

Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

 

Digər xəbərlər