Ukrayna Prezidenti Tokio Olimpiadasında gümüş medal qazanan soydaşımıza təşəkkür edib

  Bölmə: Olimpiya Növləri | 937 | 19:23 04-08-2021
Ukrayna Prezidenti Tokio Olimpiadasında gümüş medal qazanan soydaşımıza təşəkkür edib

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov avqustun 4-də final qarşılaşmasında mübarizə aparıb.

67 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçisi həlledici qarşılaşmada iranlı Məhəmmədreza Gerayi ilə üz-üzə gəlib. Görüş vaxtından əvvəl başa çatıb. Məhəmmədreza Gerayi texniki üstünlüklə qələbə qazanaraq Olimpiya çempionu olub. P.Nəsibov isə gümüş medalla kifayətlənməli olub.

Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında Pərviz Nəsirova qazandığı uğura görə təşəkkür edib. Dövlət başçısı paylaşımında qeyd edib: “Olimpiadada debütü zamanı gümüş medal qazandığına görə Pərviz Nəsirova təşəkkür edirəm”.


Digər xəbərlər