Karateçimiz Tokio-2020-də qrupdan çıxa bilmədi

  Bölmə: Olimpiya Növləri | 709 | 10:59 05-08-2021
Karateçimiz Tokio-2020-də qrupdan çıxa bilmədi

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev bu gün Tokio-2020-də mübarizəsini başa vurub.

67 kq çəki dərəcəsində çıxış edən idmançı A qrupunda ilk döyüşündə Türkiyə təmsilçisi Eray Şamdanla (Türkiyə) üz-üzə gəlib. Fərzəliyev 1:7 hesabı ilə məğlub olub.

İdmançımız ikinci döyüşündə isə Naoto Saqoya (Yaponiya) ilə qarşılaşıb. Fərzəliyev rəqibini 1:0 hesabı ilə üstələyib.

Karateçimiz qrupdakı 3-cü görüşünü Darxan Assadılova (Qazaxıstan) qarşı keçirib. O, 2:6 hesabı ilə uduzub. Beləliklə, idmançımız Tokio-2020-də medal qazanmaq şansını itirib.

Fərzəliyev qrupda 4-cü və son görüşündə Əli El - Savi ilə (Misir) üz-üzə gəlib. Bu döyüş formal xarakter daşıyıb. Karateçimiz El - Savi ilə qarşılaşmada da məğlub olub - 0:1. Beləliklə, Fərzəliyev A qrupundakı mübarizəsini 1 qələbə, 3 məğlubiyyətlə başa vurub və 2 xalla qrupdan çıxa bilməyib.


Digər xəbərlər