Hacı Əliyev finalda, Stadnik yarımfinalda məğlub oldu

  Bölmə: Olimpiya Növləri | 985 | 14:05 06-08-2021
Hacı Əliyev finalda, Stadnik yarımfinalda məğlub oldu

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Kişilərin yarışında əvvəlcə Şərif Şərifov (97 kq) 1/8 finalda Abdulrəşid Sadullayevlə (Rusiya) üz-üzə gəlib.

Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəldiyindən Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.

65 kq-da çıxış edən Hacı Əliyev isə 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə qarşılaşıb və qalib gələrək (12:5) finala çıxıb.

Final sabah keçiriləcək. Onun rəqibi yaponiyalı Takuto Otoquro olacaq.

Qeyd edək ki, bu, üçqat dünya çempionumuz Hacı Əliyevin ilk Ollimpiya finalıdır. O, Rio-2016-da isə bürünc medal qazanmışdı.

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) isə 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, bu mərhələdə tunisli Sarra Hamdini 10:0 hesabı ilə üstələyərək yarımfinala çıxıb. O, finala gedən yolda yaponiyalı Yui Susaki ilə üz-üzə gəlib və məğlub olub(0:11).


Digər xəbərlər